Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 ədəd piyada əleyhinə, 3301 ədəd tank əleyhinə mina və 12693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.
Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir.
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi
- Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama