Biz Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmaq istəyirik. Ukraynada baş verən silahlı toqquşmadan əvvəl Avropa Rusiyadan 135 milyard kubmetr təbii qaz idxal edirdi. Bu gün Rusiyadan təbii qaz idxalı 40 milyard kubmetrə qədər azalıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. Aİ nümayəndəsi nəzərə çatdırıb ki, Avropa Norveç, ABŞ və Azərbaycanın hesabına alternativ mənbələrdən qaz tədarük edir.
“Biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk”, - deyə K. Simson əlavə edib.
- 40 il döyəclədiyi qapılar bir gecədə açıldı... - Fotolar
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi