Azərbaycanın qaz rezervləri sual altında deyil. Bizim istənilən qədər qaz rezervuarımız var.
BUTA.TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
“Bizim Avropa İttifaqı ilə birlikdə bir hədəfimiz var. TAP-ın genişləndirilməsi 2026-cı il üçün nəzərdə tutulub. Başqa imkanlar da var. Sadəcə biz bunları Avropaya uyğun planlaşdırmalıyıq. Eyni zamanda, uzunmüddətli layihə yerinə spot bazarlarda müəyyən qaz satışları həyata keçirilir. Biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk”, - deyə nazir qeyd edib.
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr