Zelenskinin İrəvana səfəri haqda Kiyevdən açıqlama

11:36 - 2 Mart 2024 - GÜNDƏM

 Zelenskinin İrəvana səfəri haqda Kiyevdən açıqlama

Ukrayna heç vaxt Prezident Vladimir Zelenskinin Ermənistana səfər edəcəyi haqda məlumat yaymayıb.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Zelenskinin Ermənistana səfərinin ləğv edilməsi barədə məlumatı şərh edərkən deyib.

O bildirib ki, Kiyev heç vaxt belə səfər barədə məlumat verməyib, ona görə də Prezident Ofisi səfərin ləğvi barədə heç nə deyə bilməz.

Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi barədə məlumatı Ermənistan XİN təkzib etməmişdi. Daha sonra isə Nikol Paşinyanın Münhendə olarkən buna “regional səfər olacağı halda razılaşdığı” bildirildi.

Ötən gün “regional səfər alınmadığı üçün” Zelenskinin Ermənistana səfərinin ləğv edildiyi haqda məlumat yayıldı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol