İmişli sakini tonqala düşərək öldü

15:56 - 2 Mart 2024 - GÜNDƏM

 İmişli sakini tonqala düşərək öldü

İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

BUTA.TV xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb. İmişli şəhər sakini 1984-cü il təvəllüdlü Pünhan Hafiz oğlu İbişov sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol