Bakıda 3 nazirlikdən əməliyyat: silahlar müsadirə edildi

17:20 - 2 Mart 2024 - GÜNDƏM

 Bakıda 3 nazirlikdən əməliyyat: silahlar müsadirə edildi

Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus 1 ədəd RQ-42 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd MPT markalı avtomatik tüfəng, 5,45 mm çaplı 8 ədəd avtomat patronu və 36 kalibrli bir ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol