"Zirə" azlıqda məğlubiyyətdən xilas oldu

18:20 - 2 Mart 2024 - GÜNDƏM

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu baş tutub.

BUTA.TV xəbər verir ki, "Zirə" öz meydanında “Turan Tovuz”la heç-heçə edib. Matç 1-1 hesabı ilə başa çatıb. 43-cü dəqiqədə rəqibini qapıçı ilə təkbətək qalmaq hüququndan kobudluqla məhrum edən zirəli İssa Cibrila birbaşa qırmızı vərəqə alıb. Qollar görüşün 11 və 62-ci dəqiqəsində vurulub.

Bu nəticədən sonra “Zirə” xallarının sayını 36-ya, “Turan Tovuz” isə 32-yə çatdırıb.

Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Bu gün “Sabah”la “Araz-Naxçıvan” üz-üzə gələcək. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol