Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacı yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Macarıstanın XİN başçısı Peter Siyarto RİA-ya müsahibəsində deyib.
“Hazırda enerji təchizatımız təhlükəsizdir, nəzərə alsaq ki, "Türk axını" bizi qazla təmin edə bilər, ona görə də təchizatı təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacımız yoxdur”, - o, Antalya Diplomatik Forumunda bildirib.
O əlavə edib ki, Macarıstan qaz təchizatı kanallarının artırılması ilə bağlı danışıqlara açıqdır.
- Bakıda mühüm konfrans keçirilir
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...