Bu ölkə Qərbdən yardım istədi: Ordumuza dəstək verin!

01:14 - 3 Mart 2024 - GÜNDƏM

 Bu ölkə Qərbdən yardım istədi: Ordumuza dəstək verin!

Terrorçuluq təhlükəsi qlobal xarakter daşıyır və bu, qlobal reaksiya tələb edir. Saheldəki terrorçuluq Avropa və Yaxın Şərqdəki terrorizmlə bağlıdır.

BUTA.TV xəbər verir ki, bunu Çad xarici işlər naziri Məhəmməd Saleh Annadif deyib.

"Qərb tərəfdaşlarımız bunun bizim ümumi təhlükəmiz olduğunu başa düşməli, problemin yalnız Yaxın Şərq və ya Afrikadakı problem olduğunu fikirləşməməlidir", - S.Annadif qeyd edib.

O, Qərbdən Çad ordusuna dəstək verilməsini istəyib.

Qeyd edək ki, daha öncə Çadın paytaxtı Ncamenada bir qrup hərbçi Prezident sarayına doğru irəliləyib və hakimiyyəti ələ keçirməyə cəhd göstərib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol