Biz xəstə xalqıq: 150 ilimiz məhv oldu, yaxşılar öldü… - Ajapaxyan

23:30 - 3 Mart 2024 - GÜNDƏM

 Biz xəstə xalqıq: 150 ilimiz məhv oldu, yaxşılar öldü… - Ajapaxyan

Biz xəstə olduğumuzu etiraf etmirik və belə bir söz deməyə cəsarət edən hər kəsi qınayırıq. Xəstə insanların sağlam elitası ola bilməz və əksinə.

BUTA.TV xəbər verir ki, bu sözləri Şirak yeparxiyasının lideri Mikael Ajapaxyan deyib.

O bildirib ki, başımıza gələn kataklizmlər, fəlakətlər və müharibələr ən yaxşıları öldürüb:

“Həmin kataklizmlər nəticəsində qaymaq dağıldı, çöküntülər qaldı. Biz yalnız Qarabağı itirməmişik, son 150 ili uduzmuşuq. Öz səhvimizə görə uduzduğumuzu etiraf etmirik, həmişə başqalarını günahlandırırıq. Ümid edirəm yanılıram, ancaq “Qarabağı qaytaracağıq” sözü ilə xalqı aldada bilmərik”.

Yepiskop qeyd edib ki, 2021-ci ildə Paşinyanın təkrar baş nazir seçilməsi ermənilərin bu reallıqla barışdığının sübutudur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol