Almaniyanın yüksək rütbəli hərbçilərinin Krım körpüsünə alman raketlərinin hücumu ilə bağlı yayılan söhbətinə müdafiə naziri və ölkə mətbuatı tamamilə ziddiyyətli açıqlama verib. Bir tərəfdən deyirlər və yazırlar ki, alman hərbçiləri o qədər də pis söz deməyib. Digər tərəfdən isə bildirirlər ki, bütün bunlar Rusiyanın Almaniya və NATO-ya qarşı informasiya müharibəsidir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bəs onlar pis bir şey deməyiblərsə, niyə bunu informasiya müharibəsi adlandırırlar? Çünki əslində pis şeylər danışırdılar, Rusiyaya qarşı müharibəyə necə cəlb oluna biləcəklərini gizli müzakirə edirdilər. Bu isə çox təhlükəlidir. Alman və bütün Avropa ölkələrinin xalqı bunun qəti əleyhinədir. Buna görə də onlar təlaşa düşüblər”, - o bildirib.
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama