NATO bu ölkədə Sovet bazasında yerləşdi - İlk

01:54 - 5 Mart 2024 - GÜNDƏM

 NATO bu ölkədə Sovet bazasında yerləşdi - İlk

Qərbi Balkanlarda NATO-nun ilk aviabazası Albaniyada fəaliyyətə başlayıb.

BUTA.TV xəbər verir ki, hərbi baza Kuçova şəhərində yerləşir.

Məlumata görə, keçmiş SSRİ aviabazası təlim meydançası kimi fəaliyyət göstərəcək və eyni zamanda döyüş təyyarələri də yer alacaq.

Albaniyanın Baş naziri Edi Rama 2005-ci ildən istifadə edilməyən köhnə aerodromun modernləşdirilməsini alqışlayıb və bunu regionun təhlükəsizliyinə töhfə adlandırıb.

Hərbi bazanın açılış mərasimindən sonra aviabazaya dörd döyüş təyyarəsi enib. Bu təyyarələrdən ikisi (F-16, F-35) İtaliyaya məxsus olub.

Agentliyin məlumatına görə, NATO bazanın yenilənməsinə təxminən 50 milyon avro sərmayə qoyub.

Qeyd edək ki, Albaniya 2009-cu ildə NATO-ya üzv olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol