İrəvan AB-yə üzv olmaq üçün ərizə verməyə hazırlaşır

14:30 - 5 Mart 2024 - GÜNDƏM

 İrəvan AB-yə üzv olmaq üçün ərizə verməyə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki Müqavilə”nin deputatları ilə qapalı iclasda bildirib ki, ölkə payızdan gec olmayaraq AB-yə üzv olmaq üçün ərizə təqdim etməyə hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti partiyadakı mənbələrə istinadən məlumat yayıb.

“Paşinyan açıq şəkildə bildirdi ki, Qərb İrəvandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar istəyir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları onun AB üzvlüyünə namizəd olmasını tələb edir”, - məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol