Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hunday” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda Sevil Əliyeva ilə görüşdü - “Ana” mahnısını oxudu+Video
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...