Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənəhovu Azərbaycana qaytarıb. Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin, onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.
Bunun “xoşməramlı jest”lə əlaqəsinin olnmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər.
Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğunu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənəhova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır.
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama
- Bakıda Sevil Əliyeva ilə görüşdü - “Ana” mahnısını oxudu+Video
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu