Rusiya - NATO toqquşması gözlənilir - Səfir

21:32 - 5 Mart 2024 - GÜNDƏM

 Rusiya - NATO toqquşması gözlənilir - Səfir

Rusiya və NATO birbaşa silahlı münaqişə təhlükəsi ilə üz-üzədir.

BUTA.TV xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Diplomat qeyd edib ki, artıq NATO hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirakından söhbət gedir.

Səfirin sözlərinə görə, belə bir ssenari Vaşinqtonun razılığı olmadan həyata keçirilə bilməz:

“Əslində biz Şərqi Avropada Rusiya silahlı qüvvələri ilə Şimali Atlantika Alyansı arasında birbaşa toqquşma təhlükəsi ilə üz-üzəyik”.

Qeyd edək ki, bundan öncə Qərb rəsmiləri də birbaşa toqquşmanın olacağı barədə fikirlər səsləndirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol