Məktəblərin pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, təhsilalanların müəyyən qisim dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırda dərsliyin çap etdirilməsi, həmçinin dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsi təhsilin inkişafında əvəzedilməz rola malikdir.
Bununla yanaşı, şagirdlərin dərsliklərlə bərabər təhsil proqramı ilə sıx bağlı olan nəşrlərlə ödənişsiz əsaslarla təmin edilməsi istiqamətində işlərin görülməsi çox yaxşı olardı:
"Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı məqsədilə hər il dövlət büdcəsində vəsaitlər nəzərdə tutulur. Belə ki, təhsil müəssisələrinin təkcə 2023/2024-cü tədris ilində 300-dən çox adda təqribən 8 milyon nüsxə, 2024/2025-ci tədris ilində isə 300-dən çox adda təqribən 7milyon 800 min nüsxə pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 2023-2024-cü illərdə hər il üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama