Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.
BUTA.TV “Qaynarinfo”ya istinadla xəbər verir ki, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.
Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyət sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı, otelçilik və qida sektoru.
Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.
Bildirilib ki, “APF Group” MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.
Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama
- Bakıda Sevil Əliyeva ilə görüşdü - “Ana” mahnısını oxudu+Video
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu