AB-yə üzvlüklə Rusiya ilə normal münasibətlər, xüsusən də KTMT-yə üzvlük bir araya sığmır. Rusiya uzun illərdir ki, bunların bir-birinə sığmasını təmin etməyə çalışdı. Amma Ukrayna nümunəsində Avropa Birliyi belə bir seçim vermədiyini göstərdi. Ukrayna ilə bağlı hadisələr də təsdiqlədi ki, bu mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Babiç Ermənistanın payızdan əvvəl AB-yə üzv olmaq üçün müraciət etmək istəməsi xəbərini şərh edərkən deyib.
“Üstəlik, Moldova da eyni seçim qarşısında idi. Çoxları ümid edirdi ki, Moldova perspektivi saxlamaqla bu vahid iqtisadi məkana daxil ola biləcək. Amma hər dəfə Avropa Birliyi deyirdi ki, bu mümkün deyil, siz seçim etməlisiniz. Rusiyanın buna reaksiyasına gəlincə, sizə deyə bilərəm ki, Rusiya hələ bir müddət Ermənistanla sazişlərimizə sadiq qalacaq və təkcə KTMT ilə bağlı deyil, həm də digər sazişlərə - bizim sovetdən dostluğumuz var. Lakin İrəvan ciddi şəkildə Avropa Birliyinə daxil olarsa, o zaman antirusiya sanksiyalarına qoşulmalı, Rusiya üçün viza rejimi tətbiq etməli olacaq. Bu isə daha böyük yadlaşmaya və Rusiyanın Ermənistan rəhbərliyinə tənqidi münasibətinə gətirib çıxaracaq”, - o bildirib.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü