Avropa Komissiyası hesab edir ki, AB ölkələri qlobal istiləşmə fonunda su ehtiyatlarına görə bir-biri ilə münaqişəyə girə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” qəzeti əldə etdiyi sənədə istinadən məlumat yayıb.
“Bu iqlim riskləri müxtəlif formalarda ola bilər. Bunlardan bəzilərinə iqtisadi sektorlar arasında su ehtiyatları uğrunda artan rəqabət, o cümlədən transsərhəd su ehtiyatları ilə bağlı AB dövlətləri arasında potensial münaqişə daxildir. Sənəd Avropa ətraf mühit agentliyinin martın 11-də dərc edilməsi planlaşdırılan və AB ölkələri üçün iqlim risklərinin təhlilinə həsr olunacaq hesabatına əlavə olaraq dərc ediləcək. Brüssel bununla da assosiasiya ölkələrində ekoloji təşəbbüslərin dayandırılması tendensiyasını geri qaytarmağa çalışır. Sənəddə su ilə bağlı risklərə əlavə olaraq Qərbi Nil virusu kimi yoluxucu xəstəliklərin Avropada yayılması riskinə də diqqət çəkilir”, - məlumatda deyilir.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü