Bu böhranın əsas səbəbkarı Tehrandan gələn köməklərdir. Ona görə də husilər, Hizbullah, yaxud HƏMAS-la aparılan mübarizələr effektiv olmayacaq. Husilər ciddi hərbi qarşılıq görməyənədək hücumlara davam edəcək. Hər gün qarşılıqlı raket atmağın heç bir faydası yoxdur. Əgər ABŞ və müttəfiqləri SEPAH-a lazımi səviyyədə qarşılıq verməsə, bu cür hücumlar yenə də davam edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri iranlı ekspert Huşəng Həsənyari husilərin 3 dənizçinin ölümü ilə nəticələnən son hücumu barədə danışarkən bildirib.
“Əgər 3 ay əvvələ, proseslərin yeni başladığı zamana nəzər salsaq görərik ki, istifadə olunan raketlər elə də ciddi zərər verə biləcək silahlar deyildi. Ancaq İranın yeni silah tədarükündən sonra görünən odur ki, onlarda özünəgüvən və ABŞ-ı təhdid edəcək qədər gücü artıb. Bu hücumda ilk dəfə insan itkisinin olduğunu gördük, ancaq bu gedişat davam edə bilər. Bu hücumların səbəbkarı İrandır. Böhranın kökünə enmədikcə, vəziyyət eyni şəkildə davam edəcək”, - o bildirib.
- İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya
- Ülvi Hacızadə nazir müavini təyin edildi - Foto
- Baş nazirdən daha bir qərar
- Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu
- Bakıda güclü külək binanın damını uçurdu - Video
- 100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
- Bakıdakı küləkli havada təhlükəli anlar - Video
- Əli Əsədov yeni qərar imzaladı