Mən mal, iş və xidmət həyata keçirməyim üçün yerlə təmin edilməliyəm və bununla bağlı da müqavilə bağlamalıyam. Həmin müqaviləni mənə təqdim etmədikləri üçün müraciət etmişəm. Müsabiqə başlayandan məni aldatdılar ki, bu gün-sabah həll edəcəyik. Müsabiqə qurtarandan sonra bildirdilər ki, xoş getdin.
Bu barədə BUTA.TV-a göndərdiyi müraciətdə keçmiş məcburi köçkün, Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov Əmlak Məsələləri Dövlət Xidmətinin onun iddiasına cavabı haqda qeyd edib.
“Mənim Xankəndi sakini və sahibkar olaraq doğma şəhərim Xankəndidə sahibkarlıq fəaliyyəti göstərmək üçün şərait yaradılması barədə cənab Prezidentə etdiyim müraciət cəmiyyətimizdə də geniş müzakirələrə səbəb olub. Belə ki, mənim müraciətimə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti rəsmi cavab verib ki, guya mən müsabiqədə iştirak etməmişəm. Qurumun öz saytında müsabiqə şərti kimi qeyd edilir ki, “İşğaldan azad olunmuş ərazilərdə mal, iş və ya xidmət təqdim edilməsi barədə müqavilə və ya digər yerinə yetirilmiş işlər barədə məlumat” sahibkar tərəfindən təqdim edilməlidir. Mənim mal, iş və xidmət həyata keçirtməyim üçün yerlə təmin edilməliyəm və bununla bağlı da müqavilə bağlamalıyam. Həmin müqaviləni mənə təqdim etmədikləri üçün müraciət etmişəm. Müsabiqə başlayandan məni aldatdılar ki, bu gün-sabah həll edəcəyik. Müsabiqə də qurtarandan sonra bildirdilər ki, xoş getdin”, - S.Salmanov vurğulayıb.
Sahibkar həmçinin bildirib ki, ona Xankəndidə 10-dan çox obyekt göstərilib və o da razılaşıb:
“Sonra yanımda olan nümayəndə dedi ki, bunlar da satılıb. Yenidən müraciət edirəm ki, mənə təqdim etdkləri obyektləri ictimaiyyətə göstərsinlər”.
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü
- İranın bu kanalının Azərbaycandakı fəaliyyəti qanunsuzdur!
- İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya
- Ülvi Hacızadə nazir müavini təyin edildi - Foto