Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.
Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb.
Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü
- İranın bu kanalının Azərbaycandakı fəaliyyəti qanunsuzdur!
- İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya
- Ülvi Hacızadə nazir müavini təyin edildi - Foto