Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və güc strukturların rəhbərləri ilə keçirdiyi müşavirədən sonra deyib.

“Qarşı tədbirlər hazırlayırıq. Tapşırıqların əhəmiyyətli hissəsinin icra müddətləri müəyyənləşdirilib, ilkin tədbirlər artıq həyata keçirilir”, – Zelenski bildirib.

Onun sözlərinə görə, müşavirədə hava hücumundan müdafiə vasitələrinin bölüşdürülməsi və mühüm obyektlərin müdafiəsi üçün mövqelərin təşkili məsələləri də müzakirə olunub.

Zelenski bildirib ki, F-16 qırıcıları üçün zəruri sursat, ələkeçirmə vasitələri və əks-raketlər təmin edilir.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto