Makron NK-nın təcili iclasını keçirəcək
Fransa Prezidenti Emmanuel Makron ölkədə məktəblilər və işçilərin davam edən kütləvi etirazları fonunda oktyabrın 6-da axşam Yelisey sarayında nazirlərlə görüş keçirəcək.
BUTA.TV xəbər verir ki, görüşdə Baş nazir Sebastyan Lekornu, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre də iştirak edəcəklər.
Qeyd edək ki, Fransanın Daxili İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, ölkə üzrə keçirilən etiraz aksiyalarına ümumilikdə 256 min nəfər qatılıb. Onlardan 56 min nəfəri Parisdə nümayişlərdə iştirak edib.
Etiraz aksiyalarına yuxarı sinif şagirdləri ilə yanaşı, valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri də qoşulublar.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto