Yəmən hökuməti əhalini husilərə qoşulmamağa çağırdı
Yəmən hökuməti ölkə əhalisini husilərin sıralarına qoşulmamağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi deyib.
O, husilərin nəzarətində olan ərazilərin sakinlərini övladlarını məğlub olacaqları döyüşlərə göndərməməyə çağırıb.
Yəmənin Baş naziri Şiə Möhsün əl-Zindani isə Xarici İşlər Nazirliyinə “Yəmən Şəfəqi” əməliyyatının məqsədlərini beynəlxalq ictimaiyyətə çatdırmaq və beynəlxalq dəstəyi artırmaq üçün diplomatik səyləri gücləndirməyi tapşırıb.
Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Qırmızı dəniz sahillərində və Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı əks-hücuma başlayıb.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto