Fransanın Tehrandakı səfiri Pyer Roş ölkəsində etirazçı məktəbli və tələbələrə qarşı zorakılıq edilməsi ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran Fransada baş verən bu kimi halları insan haqlarının pozulması kimi dəyərləndirib.

İran XİN iddia edib ki, nümayişlər zamanı çoxsaylı insan hüquqları pozuntuları qeydə alınıb.

Qeyd edək ki, mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Aksiyaçılar məktəbləri və avtomobilləri yandırır, iğtişaşlar törədirlər.

Artıq 5 mindən çox insan saxlanılıb, onların əksəriyyəti 15-18 yaş arası məktəblilərdir.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto