Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat...
Türkiyənin Qəhrəmanmaraş şəhəri daxil olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
BUTA.TV "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı 39 şübhəli saxlanılıb.
Araşdırmalar çərçivəsində təşkilatın fəaliyyətində iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı Qəhrəmanmaraşla yanaşı İstanbul, Ankara, Konya, Zonguldak, Adana, Hatay və Qaziantep vilayətlərində eyni vaxtda əməliyyat keçirilib:
"Əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Daha bir şəxsin isə xaricdə olduğu müəyyən edilib".
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 5 tapança, 251 patron, 6 ov tüfəngi, 123 ov tüfəngi patronu, 2 qılınc və 2 bıçaq da ələ keçirilib.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto