Qazaxıstan çağırış etdi: Bu ölkəyə getməyin!
Qazaxıstan Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksək riskli obyektlərdən uzaq durmaq tövsiyə olunub.
XİN həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görüb.
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil