UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin ikinci turuna start verilib.

“BUTA.TV” xəbər verir ki, 2-ci turun ilk oyun günündə keçirilən 9 qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.

Gecənin mərkəzi matçında Kataloniya nəhəngi “Barselona” İstanbulda Türkiyə çempionu “Qalatasaray”ın qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların 4:1 hesablı darmadağını ilə başa çatıb.

Təmsilçimiz “Sabah” isə doğma divarlar arasında Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.

ÇL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

“Lans” (Fransa) – “Sportinq” (Portuqaliya) — 0:2

“Arsenal” (İngiltərə) – “Lill” (Fransa) — 3:0

“Atletiko Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) — 2:0

“İnter” (İtaliya) – “Brügge” (Belçika) — 3:4

“RB Leypsiq” (Almaniya) – PSV (Niderland) — 1:0

“Vikinq” (Norveç) – “Bavariya” (Almaniya) — 3:3

“Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) — 3:1

Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz? Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?