Ukraynanın hazırda təsir imkanları bir il əvvələ nisbətən daha genişdir. Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Kiyevə Rusiyaya münasibətdə mövqeyini yumşaltmaq üçün təzyiq göstərərək bu imkanları əldən verməməyə çağırırlar.

BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Trampın bu yaxınlarda Zelenskidən Ukraynanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etməsi, eləcə də Ukraynaya yeni lider seçməyi təklif etməsi Kiyevin bu mübarizədə həqiqətən də əhəmiyyətli təsir imkanlarına malik olduğunu göstərir.

Bildirilir ki, Kiyevin Rusiyanın neft emalı zavodlarına zərbələr endirmək kampaniyası ölkə üzrə yanacaq qıtlığının artmasına səbəb olur və Kremlin müharibəni maliyyələşdirmək imkanlarını zəiflədir:

“Avropa liderləri Trampın gələn ay ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsində yanacağın qiymətlərini aşağı salmaq üçün atdığı ümidsiz cəhdlərdən narahatdırlar. Onlar hesab edirlər ki, hücumların dayandırılması məqsədilə Kiyevə təzyiq göstərilməsi Ukraynanın mövqelərini zəiflədə bilər, lakin bunun müqabilində Rusiyanı müharibəni dayandırmağa inandırmaya bilər”.

Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz? Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?