Kiyevə zərbə endirilir, ABŞ xəbərdarlıq etmir - Nə baş verir?
Paytaxt Kiyevə ballistik raket zərbələri endirilməkdə davam edir. Lakin Qərb müttəfiqləri zərbə ilə bağlı Ukraynaya öncədən xəbərdarlıq etməyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqram kanalında yayımlanan məlumatda deyilib.
"Tərəfdaşlardan düşmən ərazisindən zərbələr barədə heç bir məlumat alınmayıb. Səbəbləri araşdırılır", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın raket atışları ilə bağlı kəşfiyyat məlumatlarının olmadığını söyləmişdi.
Lakin ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə kəşfiyyat-informasiya mübadiləsinin aparıldığı barədə açıqlama vermişdi.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?