Rusiya Kiyevi vurdu: ölən və yaralananlar var - Video
Video
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:
“Qoloseyevski və Peçersk rayonlarında elektrik kəsilib, həmçinin su təchizatında problemlər yaranıb”.
Ukrayna Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Kiyevdə 3 nəfər həlak olub, biri uşaq olmaqla 21 nəfər yaralanıb.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?