"Qalatasaray"la matçdan sonra "Barselona"nın baş məşqçisi ilə bağlı gözlənilməz hadisə
İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin II turu çərçivəsində "Qalatasaray"la keçirilən oyundan sonra stadionun qapısı kilidlənən otaqlarının birində çıxılmaz vəziyyətdə qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə "The Athletic" portalının jurnalisti Pol Ballus "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Bildirilir ki, almaniyalı mütəxəssis bağlı qapı arxasında qaldığı və arena işçiləri bir müddət açarı tapa bilmədikləri üçün oyundan sonrakı mətbuat konfransına vaxtında qatıla bilməyib.
Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçiləri ÇL-in əsas mərhələsində hər iki oyununu qələbə ilə başa vurub. "Qalatasaray" isə iki turdan sonra xal toplaya bilməyib.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?