Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
BUTA.TV xəbər verir ki, tədbirdə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq iştirak edir.
Konfrans çərçivəsində iki plenar iclas keçiriləcək. Hər paneldə 6-7 spikerin olması nəzərdə tutulur.
"Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel iclasda "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi", "İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya" və "Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" sessiyaları təşkil olunacaq.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
"Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları" adlı panel iclasda isə "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması", "Qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları" və "Cinsiyyətli islamofobiyanın matrisi: müsəlman qadınların repressiyası və müqaviməti, gender və cəmiyyət" mövzularında sessiyalar keçiriləcək.
Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri planlaşdırılır.
Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
- Ülvi Hacızadə nazir müavini təyin edildi - Foto
- Baş nazirdən daha bir qərar
- Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu
- Bakıda güclü külək binanın damını uçurdu - Video
- 100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
- Bakıdakı küləkli havada təhlükəli anlar - Video
- Əli Əsədov yeni qərar imzaladı
- Çoban işlədiyi fermada ölü tapıldı