Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.
BUTA.TV xəbər verir ki, milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib. Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirə bu gün - martın 10-da yekun vurulacaq.
- Tozlu hava nə vaxta kimi davam edəcək?
- Bakı havasındakı tozun səbəbi - Açıqlandı
- Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi
- Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
- Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - Foto
- Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq
- Hərbçimiz vəfat etdi - Foto
- Bakının bu qəsəbələrində qaz olmayacaq