Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 31 martda keçiriləcək bələdiyyə seçkilərini özünün son seçkisi adlandırması Türkiyədə müzakirə edilir.
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı danışan Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ da Ərdoğanın qarşıdan gələn yerli özünüidarəetmə orqanlarına seçkilərin onun sonuncu seçkisi olacağını təsdiqləyib.
“Bu seçkilər, Prezidentimizin dediyi kimi, onun son seçkiləridir. Çünki Konstitusiyaya görə, prezidentlik müddəti beş ildir və bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Bununla belə, Konstitusiyaya görə, parlament prezidentin ikinci müddətində növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq”, – Bozdağ X-də yazıb.
- Tozlu hava nə vaxta kimi davam edəcək?
- Bakı havasındakı tozun səbəbi - Açıqlandı
- Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi
- Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
- Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - Foto
- Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq
- Hərbçimiz vəfat etdi - Foto
- Bakının bu qəsəbələrində qaz olmayacaq