Sabahdan bu metronun qarşısına maşınların girişi bağlanır

11:02 - 11 Mart 2024 - GÜNDƏM

 Sabahdan bu metronun qarşısına maşınların girişi bağlanır

Sabahdan “28 May” metrosu qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.

“Həmin ərazilər yalnız ictimai nəqliyyat üçün açıq olacaq. Bununla bağlı məlumat bu gün ictimaiyyətə açıqlanacaq”, - deyə o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol