Bakıdan Şərqi Zəngəzura qatarın hərəkəti bərpa edilsin

12:38 - 11 Mart 2024 - GÜNDƏM

 Bakıdan Şərqi Zəngəzura qatarın hərəkəti bərpa edilsin

Bakıdan Şirvan-İmişli-Şərqi Zəngəzur istiqamətində qatarın hərəkətini bərpa etmək lazımdır.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat İltizam Yusifov bildirib.

"İnsanların 90 %-i iş və oxumaq üçün rayonlardan Bakıya gəlir. Bu qatarın istifadəyə verilməsi insanları səhər işə və dərsə, axşam evə qayıtmasını asanlaşdırar", - deyə o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol