Ukrayna Silahlı Qüvvələrinin elit bölmələrinin komandirləri və döyüşçüləri ölkənin hərbi rəhbərliyindəki dəyişikliklərdən narazıdır və Prezident Vladimir Zelenskinin devrilməsini ciddi müzakirə edirlər.
BUTA.TV xəbər verir ki, bunu “RİA Novosti”yə Rusiya güc strukturlarındakı mənbə deyib.
“Mütəxəssislərimiz Ukrayna ordusunun dəniz piyadaları, xüsusi təyinatlılar, kəşfiyyatlar, eləcə də müxtəlif elit bölmələrin nümayəndələrinin əlaqə saxladığı resursa çıxış əldə edib. Bunlar komanda dəyişikliyindən açıq şəkildə narazı olan yüksək ixtisaslı mütəxəssislərdir. Onlar hazırkı hökumətin və Ukrayna Silahlı Qüvvələrinin komandanlığının devrilməsi variantlarını ciddi şəkildə müzakirə edirlər”, - mənbə bildirib.
Onun sözlərinə görə, rusiyalı mütəxəssislər Ukrayna ordusunun elit bölmələrinin radikal əhval-ruhiyyəli döyüşçülərinin olduğu “Parabellum” Teleqram kanalına giriş əldə edib.
Qeyd olunub ki, hərbçilər Zelenskinin və yeni təyin olunan baş komandan Aleksandr Sırskinin hərəkətlərindən narazıdır.
- Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi