2024-cü il üçün hazırlıq planına uyğun olaraq "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək