Müxalif internet resursları Vaşinqtonun təhriki ilə rusları prezident seçkisini boykot etməyə çağırır.
BUTA.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
ABŞ həmçinin aparıcı İT mütəxəssislərinin iştirakı ilə uzaqdan elektron səsvermə sisteminə kiberhücumlar həyata keçirməyi planlaşdırır. Bu cür təxribatla seçicilərin əhəmiyyətli hissəsinin səslərinin hesablanmasını qeyri-mümkün etmək istəyirlər.
Bundan əlavə, Bayden administrasiyası Amerika QHT-lərinin qarşısına seçkilərin nəticələrini şübhə altına almaq üçün martın 15-17-də keçiriləcək səsvermədə seçici fəallığını azaltmaq vəzifəsi qoyub.
Xatırladaq ki, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkiləri üç gün davam edəcək. Səsvermə martın 15-dən 17-dək keçiriləcək. Uzaqdan elektron səsvermədə iştirak etmək üçün 4,5 milyon insan ərizə verib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək