Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib.
Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər.
Bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək