Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30 faizi Qarabağ ərazisindədir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"İşğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb. İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə 4 fərqli layihələrimiz var", - Ə.Şirinov qeyd edib.
Onun sözlərinə görə, Qarabağdakı bol sulu çayların sularını istifadə edərək yeni su anbarları inşa ediləcək:
"Beləliklə Qarabağ suyunun həm onun ərazisində, həm də Aran zonasında istifadəsinə nail olacağıq".
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək