Poçt və ekspres daşımalar gömrük postunda gömrük orqanına “dərman və siqaret” olaraq bəyan edilən bağlamaya gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, yoxlama nəticəsində xarici ölkəyə göndərilən bağlamadakı plastik qutudan 115 (yüz on beş) ədəd ağ-qəhvəyi rəngli, 60 (altmış) ədəd ağ-göy rəngli kapsullar və onların arasında gizlədilmiş 1 ədəd polietilen paketdə qablaşdırılan toz halında predmet aşkar olunub.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə 60 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 3,0 qram olan tramadol, 115 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 34,5 qram olan preqabalin, 1 ədəd sellofan paketdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə - metamfetamin olduğu müəyyən edilib.
Qeyd edək ki, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına, Tramadol və Preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək