Mümkündür ki, delimitasiya prosesi Tavuş bölgəsindən (Qazaxla sərhəd – red.) başlasın. Danışıqlar prosesində bəzən belə bir fikir yaranırdı ki, biz müəyyən reallıqları nəzərə alaraq müəyyən ərazi mübadiləsi apara bilərik, o mənada ki, de-yure sərhəd olsa da, faktiki reallıqları nəzərə alaraq, müəyyən dəyişikliklər etməliyik. Belə imkanlar kiçikdir və prosesi deformasiya edə və əlavə risklər gətirə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mən həmişə demişəm ki, demarkasiya və delimitasiya prosesi ən qısa müddətdə həyata keçirildikdə paralel olaraq üç mühüm şərt təmin olunacaq: gedən prosesin hüquqi əsası, funksional məsələlərin həlli və təhlükəsizlik. Delimitasiya olunmuş sərhəd artıq bu sektorun uzunmüddətli sabitliyinin dəmirlə örtülmüş qarantına çevrilməlidir”, - Paşinyan bildirib.
Qeyd edək ki, Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!