İranda “Bəsic” əlil sənətçiyə hücum etdi - Video

16:26 - 12 Mart 2024 - GÜNDƏM

 İranda “Bəsic” əlil sənətçiyə hücum etdi - Video

“Bəsic” qüvvələri Novruz bayramı ərəfəsində konsert verməyi planlaşdıran marağalı fiziki məhdudiyyətli sənətçi Fərhad Behruziyə qarşı güc nümayiş etdiriblər.

BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

3 naməlum şəxs 2 motosikletlə sənətçiyə hücum edərək, Ramazan ayının başlamasını əsas gətirib, onun musiqi alətini və digər avadanlığını sındırıblar.

Sənətçinin göz yaşı axıtdığı görüntülər sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Onlar silahlı qüvvələrin fiziki məhdudiyyətli şəxsə qarşı qeyri-insani davranışının yanlış olduğunu deyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol