Ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-də "Latsio" klubunun Qarabağın hazırki baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə məlumatlar yayılıb. Məlumata görə, İtalyalılar üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.
Belə ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər. "Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir.
Bəs bu məlumat həqiqəti əks etdirirmi?
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Referans.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:
“Xeyr, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məsələni biz özümüz də internetdən və sosial şəbəkələrdən oxumuşuq. Hazırda hər hansısa bir ciddi və əhəmiyyətli transferdən söhbət getmir”.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək