Rusiya təyyarələri Xəzər üzərində: Qırıcılar havaya qaldırıldı

21:36 - 12 Mart 2024 - GÜNDƏM

 Rusiya təyyarələri Xəzər üzərində: Qırıcılar havaya qaldırıldı

Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya təyyarələri Baltik və Xəzər dənizlərinin neytral suları üzərində planlı uçuşlar həyata keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tu-22M3 və MiQ-31 uzaqmənzilli bombardmançı təyyarələri “Xəncər” aviasiya kompleksi ilə birlikdə uçuşlar həyata keçirib. Müşayiət Rusiyanın “Su-30SM” və “Su-35S” qırıcıları tərəfindən təmin edilib və marşrutun müəyyən mərhələlərində Rusiya təyyarələri əcnəbi qırıcıların müşayiəti ilə uçuş icra edib.

Uçuş zamanı MiQ-31 təyyarəsinin ekipajları havada yanacaq doldurma üzrə məşq ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol