İranlılar yasda da saz çalır ki, təki molla gəlməsin – Lənkərani

17:56 - 13 Mart 2024 - GÜNDƏM

 İranlılar yasda da saz çalır ki, təki molla gəlməsin – Lənkərani

Bəziləri dəfn mərasimlərində saz çalıb oxuyur və mollanın təbliğat aparmaq üçün yasa gəlməsinə ehtiyac görmür.

BUTA.TV xəbər verir ki, bu barədə İran dini mədrəsəsinin ruhanisi Məhəmməd Cavad Fazil Lənkərani deyib.

O, ölkədəki əsas problemin düşmən planının bir hissəsi olduğunu iddia edib və insanların ruhanilərə olan münasibətindən gileylənib:

“Vəziyyət o həddə çatıb ki, yas mərasimində belə bəziləri saz çalıb oxuyur. Düşmən hətta o həddə qədər nüfuz edib ki, “yasda ruhaninin gəlib camaata moizə deməsinə nə ehtiyac var?” fikri formalaşıb. Onların çoxu “Mən öləndə vaiz gətirmə” şerinə istinad edirlər. Belə çıxır ki, düşmən həmişə işləyir, boş durmur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol